Prezident İlham Əliyev: “Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək”.

Macarıstanın
paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət
başçılarının qeyri-rəsmi Zirvə görüşü təşkilatın tarixində müşahidəçi dövlətdə
keçirilən ilk sammit olaraq tarixə düşdü. Bu görüş həm də Macarıstanın Türk
dövlətləri ilə iqtisadi və siyasi əlaqələrinin möhkəmləndirilməsindəki rolunu
vurğuladı.
Sammitə
qatılan TDT üzvü və müşahidəçi ölkələrin dövlət başçıları iqtisadi inteqrasiya,
enerji təhlükəsizliyi və rəqəmsal transformasiya kimi sahələrdə əməkdaşlığın
inkişafı məsələlərini müzakirə ediblər. Azərbaycan bu sammitdə regional
iqtisadi siyasətin formalaşdırılmasında liderliyini, ticarət, enerji və
innovasiya sahələrində əhəmiyyətli mövqeyini bir daha nümayiş etdirib.
Türk
Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı
zamanı Prezident İlham Əliyev deyib ki, Biz Orta Dəhlizin rəqəmsallaşdırılmasına
böyük önəm veririk. “Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının
və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın
yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox
ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri
göstərir”, - deyə dövlətimizin başçısı əlavə edib.
Ölkə
başçısı İlham Əliyev ötən il Azərbaycanda COP29 kimi mötəbər konfransın
keçirilməsinnə toxunub. Qeyd edilib ki, bu mötəbər tədbir 200 ölkənin yekdil qərarı
ilə Azərbaycanda keçirilib. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq,
COP29-u yüksək səviyyədə təşkilinə nail olunub. Tədbirdə 197 ölkəni təmsil edən
77 min iştirakçı, 70 dövlət və hökumət başçısı iştirak edib. Nəticə etibarı ilə
Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq
oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi.
Azərbaycan
bu il Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək:
“Bu faktın özü ölkəmizin türk birliyinin möhkəmləndirilməsində nə qədər maraqlı
olduğunu, eyni zamanda, verdiyi töhfələrin Türk Dövlətləri Təşkilatının üzvləri
tərəfindən yüksək dəyərləndirildiyini nümayiş etdirir. Cənab İlham Əliyev ötən
ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra
andiçmə mərasimində suverenliyinin tam bərpa edilməsi ilə yeni dövrə qədəm
qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən bu çağırışı
xüsusi vurğuladı ki, bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına
üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz
Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir,
böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat
yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan
xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə
elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc
mərkəzinə çevrilsin. Buna ancaq birlikdə
nail ola bilərik”.
Türk
Dövlətləri Təşkilatının getdikcə güclənməsi birlikdə olan dövlətlərin problemlərinin
də həllinə real imkanlar yaradır və bu da təşkilatın daha da möhkəmlənməsini,
bölgədə söz sahibinə çevrilməsini şərtləndirir: “Yeni dövrdə Azərbaycanın xarici
siyasət kursunun prioritetlərindən biri Türk Dövlətlər Təşkilatının gücünün və
nüfuzunun artırılmasıdır. Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk
dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikirləri də məhz Azərbaycanın bu
istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri
Təşkilatı xətti ilə aparılan işlər də sözügedən birliyi daha da gücləndirir. Təsadüfi
deyil ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə
Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi Azərbaycan
dövləti və xalqının türk dünyasının inkişafı naminə həyata keçirdiyi bütün işlərə
verilən yüksək qiymət idi”.
Bayram
Xudayarov,
Elm
və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşı,
YAP Hacıqabul rayon təşkilatının
fəalı.
Digər xəbərlər



