Laçında Tarixi Gün

28
May – Müstəqillik Günündə, Prezident İlham Əliyev qədim və doğma Laçında çıxış
edərək bir daha tarix yazdı. Bu çıxış təkcə siyasi bəyanat deyil, bir millətin
azadlıq və haqq yolunda göstərdiyi iradənin təntənəsi idi.
İllər
öncə işğal altında qalan torpaqlarımız bu gün öz azad nəfəsini alır.
Prezidentin Laçında səsləndirdiyi fikirlər yalnız dövlət başçısının sözləri
deyil, eyni zamanda hər bir azərbaycanlının ürəyində yanan Vətən sevgisinin əks-sədası
idi.
Prezident
İlham Əliyev çıxışında qeyd etdi ki, Laçın şəhəri və Laçın dəhlizi artıq Azərbaycanın
tam nəzarətindədir və bu, böyük Qələbənin məntiqi davamıdır. Bu sözlər təkcə
Laçında deyil, bütün ölkədə gur alqışlarla qarşılandı. Çünki bu qələbənin
arxasında şəhidlərimizin qanı, xalqımızın birliyi və dövlətimizin gücü dayanır.
28
May gününü biz təkcə Müstəqillik Gününü deyil, həm də milli qürurumuzu, torpağa
bağlılığımızı, əyilməyən ruhumuzu qeyd edirik.
Laçın
azaddır.
Qarabağ
Azərbaycandır.
Sahib
Aslanov,
Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri,
YAP Hacıqabul rayon təşkilatının veteranı
Digər xəbərlər



