Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkəsidir

Prezident
İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku
Energy Forum”un rəsmi açılış mərasimində çıxışında Azərbaycanın sabit iqtisadi
sistemə malik olduğunu vurğulayaraq, bu sabitliyin ölkənin beynəlxalq aləmdə
artan rolunda mühüm rol oynadığını qeyd edib. Azərbaycanda genişmiqyaslı
islahatların həyata keçirildiyini söyləyən dövlətimizin başçısı xarici
borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb. Məlum
olduğu kimi, iqtisadiyyat hər bir dövlətin təməlidir. Bu baxımdan sabit
iqtisadiyyat inkişaf üçün əsas şərtdir. Azərbaycanda hökm sürən davamlı
iqtisadi inkişaf mühüm uğurdur.
İqtisadiyyat
yalnız daxili rifahın göstəricisi deyil, eyni zamanda dövlətin müdafiə gücünün,
siyasi çəkisinin və beynəlxalq nüfuzunun təməlidir: "Azərbaycan iqtisadi
baxımdan son illər mühüm nailiyyətlər əldə edib və bu inkişaf təkcə neft
sektoru ilə məhdudlaşmır. Azərbaycanın iqtisadi inkişafı ölkənin nüfuzunu və imkanlarını
artırır. Eyni zamanda bu, təhlükəsizlik amilidir. Azərbaycan iqtisadiyyatın
gücünə görə bölgənin ən böyük və ən müasir ordusunu qura bilir. Bu güclü ordu
Azərbaycanı regionda aparıcı gücə çevirib və ölkənin qalib dövlət kimi
mövqeyini möhkəmləndirib. Azərbaycan qalib ölkədir. Öz ərazi bütövlüyünü və
suverenliyini bərpa edib, müstəqilliyini qoruyur. Bu isə güclü iqtisadiyyatsız
mümkün olmazdı. Müstəqil iqtisadiyyatı olan dövlət xarici təsirlərdən asılı
olmur və öz milli maraqlarını daha qətiyyətlə müdafiə edə bilir".
Qeyri-neft
sektorunun inkişafı da diqqət mərkəzindədir: "Bu sahədə aparılan
islahatlar iqtisadiyyatın diversifikasiyasına, məşğulluğun artmasına və ölkənin
uzunmüddətli iqtisadi sabitliyinə xidmət edir. Azərbaycan bu gün sabit və müasir
iqtisadi modelə əsaslanan inkişaf yolu seçib. Bu, təkcə daxili siyasət üçün
deyil, regionun sabitliyi üçün də vacib bir amildir.
Mətin Babayev,
YAP Hacıqabul rayon təşkilatının ərazi
partiya təşkilat sədri.
Digər xəbərlər



