Şuşa Bəyannaməsi: Qardaşlığın əbədi simvolu

Ulu
Öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» tezisini əks etdirən «Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında Şuşa Bəyannaməsi»nin imzalanması ilə iki qardaş ölkə arasındakı
münasibətlərin yeni inkişaf mərhələsi başladı
2021-ci
ilin iyun ayının 15-də, Milli Qurtuluş Günündə Ermənistanın işğalından azad
olunmuş Şuşa şəhərində imzalanan Bəyannamə müstəqillik salnaməmizə ələamətdar
hadisə kimi yazıldı. Tarixi Qars müqaviləsindən 100 il sonra Azərbaycan və
Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları
Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Hər
iki qardaş ölkə arasındakı münasibətlərin bütün sahələrini əhatə edən Bəyannaməni
əməkdaşlığın yol xəritəsi adlandaranların sözlərində həqiqət var. İqtisadi
inkişafın, siyasi birliyin, milli təhlükəsizliyin təminatı kimi mühüm məsələləri
əks etdirən sənəd hər iki qardaş ölkəyə qarşı xarici hərbi və siyasi təhdidlərin
neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət
kəsb edir. Bəyannamədə qeyd edildiyi kimi, qarşılıqlı olaraq bir dövlətin təhlükəsizliyi,
ərazi bütövlüyü üçün yaranan təhlükə digəri üçün də təhdid kimi qəbul edilir və
lazımi tədbirlərin həyata keçirilməsi öhdəliyi yaradır. Başqa sözlə deyilsə, hər
iki qardaş ölkə beynəlxalq hüququ əsas tutmaqla öz diplomatik, siyasi, hərbi,
iqtisadi və sosial-mədəni münasibətlərini oxşar, bəzi məqamlarda eyniləşən birgə
maraqları baxımından təkmilləşdirəcək. Şuşa Bəyannaməsindəki «Türkiyə
Respublikası və Azərbaycan Respublikası müstəqillik, suverenlik, ərazi
bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin
daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin
qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər» sözlərdə iki ölkənin
əməkdaşlıq proseslərinin sərhədləri, istiqamətləri açıqlanır. «Bu səfərin
tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik
haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı
Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər
şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən
bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır» söyləyən
Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə və Azərbaycan arasındakı
tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, eyni dinə mənsubluluq, oxşar
dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın
qardaşlığı həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi nümunəsidir.
«İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın
Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək
ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək
deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan
bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın
yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz
qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə
güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı» söyləyən Prezident
İlham Əliyevin qardaş ölkənin televiziya kanallarına müsahibələrinin geniş
miqyasda yayımlanması, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə
çatdırılması baxımından mənəvi dəstək idi. Vətən müharibəsindən sonra Bakıda
keçirilən Zəfər paradını hər iki qardaş ölkə başçısının birgə izləmələri
işğalçı Ermənistana və onun havadarlarına gözdağı oldu.
15
iyun 2021-ci ildə bölgənin geosiyasi mənzərəsini dəyişəcək, Cənubi Qafqazda
sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, region dövlətləri arasında
münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi naminə
irəli sürülən təşəbbüslərin qardaşlığın gücü ilə tənzimlənməsi kimi öhdəliyi əks
etdirən Bəyannamə bütün sahələr üzrə inteqrasiyanı sürətləndirdi. Qeyd olunduğu
kimi, siyasi-diplomatik, milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyəti ilə
seçilən, daha etibarlı işbirliyinin ifadəsi olan, rəmzi məna daşıyan Bəyannamə
regionda yeni geosiyasi konfiqurasiya yaratmaqla regional və beynəlxalq
strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə
istiqamətlənib. Sənəddə türk birliyini daha da möhkəmləndirəcək, Azərbaycanın
tarixi ərazisi olan Naxçıvan Muxtar Respublikasını digər regionlarla, xüsusilə
Türkiyə ilə əlaqəsini bərpa edəcək Zəngəzur dəhlizinin bərpası zəruriliyini
xüsusilə qeyd olunması Bəyannamənin əhəmiyyətini daha da artırır..
Türkiyənin
hərbi qüdrətini «Kızılelma” havada», «Altay»” və «Togg” quruda», «Anadolu dənizdə»
kəlamları ilə ifadə edən, iki qardaş ölkənin sarsılmaz birliyini « Atam demişkən,
«Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, «Bir yumruq!» qətiyyəti ilə
diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri qardaş ölkənin qüdrətinin
alqışlanması Azərbaycanla Türkiyənin həmrəylik nümunəsi idi.
Türkiyə
Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümündə, daha güclü həmrəyliyə
ehtiyac duyulduğu dünyamızda iki qardaş xalqın sarsılmazlığının ifadəsi olan bu
səmimiyyətə şahidlik edən qonaqlar, dövlət başçıları, beynəlxalq təşkilatların
nümayəndələri həqiqi səmimiyyətin nəyə qadir olduğunu hiss etdilər. Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Gün bir olmaq, bərabər olmaq, min illik
qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın
sabahlarına sahib çıxmaq günüdür... Birlikdə «Türkiyə yüzilliyi»”nin inşası
üçün çiyin-çiyinə çalışmalıyıq”» sözləri başda Azərbaycan olmaqla türk
dünyasını birlik və həmrəyliyə çağırış idi. Bu güvənin ən bariz ifadəsi
Prezident Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevə
ünvanladığı: «Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə
bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri
Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra
İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki,
orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri
inşa etməyi qərara aldı. Bu gün fürsətdən istifadə edərək, indi onun təməlini
qoyacağıq» minnətdarlıq sözləri artıq reallıqdır.
Deyilənlər
Prezident İlham Əliyevin aforizmə çevrilən «Bu gün dünya xəritəsinə baxsaq, görərik
ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan
ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat,
eyni zamanda bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil
siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır» sözlərinin
təkrarolunmaz reallığıdır.
Bayram
Xudayarov,
YAP
Hacıqabul rayon təşkilatının fəalı.
Digər xəbərlər



