Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır.

1875-ci il iyulun 22-də
görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan
dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzeti milli mətbuatımızın
ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi
kimi tarixə düşmüşdür. "Əkinçi"nin 1875-ci il iyulun 22-dən 1877-ci
ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının
təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən
milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının
inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin
formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir."Ziya",
"Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus",
"Həyat", "Füyuzat", "Dəbistan",
"İrşad", "Tazə həyat", "Molla Nəsrəddin",
"Tərəqqi", "Həqiqət", "Məktəb", "Açıq
söz" kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın
sonrakı tarixini yaratdılar.Bu gün mediamız Azərbaycanın
tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq,
beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş,
rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz
qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin
bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir.
Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın
artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi,
dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata
keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və
qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir.
Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət
maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər
sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı
ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.
Bədirə
Niftalıyeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü,
“Gündoğar” qəzetinin baş redaktoru
Digər xəbərlər



