Dayanıqlı inkişafa səbəb olmuş islahatlar.

Azərbaycanın media cameəsinin nümayəndələri Milli Mətbuat
Gününü qeyd edir. 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist
Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi”
qəzeti milli mətbuatımızın ilk nümunəsidir.Azərbaycanın ictimai-siyasi həyatının
mühüm hadisəsi kimi tarixə düşmüş “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci
ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının
təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.1875-ci ildən sonra çoxsaylı
nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik
hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal
məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər
göstərmişdir.Dayanıqlı inkişafa səbəb olmuş islahatlar media sferasını da əhatə
edir. Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və
inkişafı üçün geniş imkanlar yaranıb. 1993-cü ildən başlayaraq Ümummilli Lider
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini
əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat
azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini
tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli,
iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda
rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.Vətənpərvərlik,
yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına
layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq
nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə
vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın
dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi
naminə var gücləri ilə çalışmalıdırlar.Qloballaşan dünyada baş verən hadisələr
milli mediamız qarşısında da yeni vəzifələr qoyur.Prezident İlham Əliyevin
çıxışlarından birində qeyd etdiyi kimi, bu gün Azərbaycan mətbuatı müasir
informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində,
milli həmrəyliyin və tolerantlığın möhkəmləndilirilməsində, demokratik özünüdərkin,
siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub
saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində
fəaliyyətini gücləndirməlidir.Azərbaycan jurnalistikası peşəkarlıq,
obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə
dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə
alınmalıdır.Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində
üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin
müjdəçisi olub.Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata
keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən
təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi,
postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Bu işlərin həyata keçirilməsində
ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı.Onun Vətən müharibəsi
dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu
reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.Azərbaycan
mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi
hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət
barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol
oynayır.Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik
bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli
qloballaşma prosesi gedir.Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi
zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə
media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş
aparılır.Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan
Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı
ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında
“ Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs
yaradıldı.MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media
orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi,mütərəqqi
layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Azərbaycan qonşu dövlətlərlə media əməkdaşlığını
davam etdirir.
Əlifağa İskəndərov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər



