Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək.

Prezident İlham Əliyev
iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər:
Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi”
mövzusunda III Şuşa Qlobal Media Forumundakı çıxışında Azərbaycan ilə Ermənistan
arasında sülh sazişinin imzalanmasının, kommunikasiyaların, Zəngəzur dəhlizinin
açılmasının zəruriliyini vurğulayıb: “Zəngəzur dəhlizinə gəlincə, bu arteriya
sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Biz isə daşımaların bu dəmir yolu və
ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın
əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə
tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika
infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə
qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz
onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq.
Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib.
Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit
daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı
sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər
tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də
bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə
15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan
və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa
çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir
yolunun Azərbaycan hissəsi hazır olacaq”.Zəngəzur dəhlizi Azərbaycanı beynəlxalq
tranzit yolları üzərində mühüm bir halqa halına gətirəcək. Bu dəhliz vasitəsilə
yük daşımalarının sürətinin artırılması, ticarət əlaqələrinin möhkəmləndirilməsi
və iqtisadi mübadilələrin genişlənməsi mümkün olacaqdır. Dəhlizin açılması, həmçinin
Azərbaycanın Avropa ilə Asiya arasında daha səmərəli və etibarlı nəqliyyat
bağlantısı yaratmasına imkan verəcək.İkinci Qarabağ müharibəsindən sonrakı
dövrdə regional inkişafın əsas ünsürlərindən biri kimi məhz Zəngəzur dəhlizi -
Şərq-Qərb logistik ticarət və yükdaşıma dəhlizi, onun elementləri, keçid məntəqələri
və marşrutları təşkil edə bilər. 2025-ci ilin yanvar ayında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş
müşavirədə Zəngəzur dəhlizinin əhəmiyyətini bir daha vurğuladı və bunun Azərbaycanın
mühüm layihəsi olduğunu qeyd etdi. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin
mütləq şəkildə həyata keçiriləcəyini bəyan edərək, bu layihənin ölkənin
regional və beynəlxalq strateji mövqeyini gücləndirəcəyini vurğuladı. Zəngəzur
dəhlizi Azərbaycanın Naxçıvan Muxtar Respublikasını əsas hissə ilə birləşdirən,
həmçinin ölkənin cənub və şimal bölgələrini birləşdirən mühüm nəqliyyat
marşrutudur. Bu layihə Ermənistanın Zəngəzur bölgəsindən keçməklə, Türkiyə, Azərbaycan
və İran arasında sıx əlaqələr qurmağa imkan verəcək və bu üç ölkə arasında
logistik əlaqələrin daha da möhkəmlənməsini təmin edəcəkdir. Zəngəzur dəhlizinin
açılması, həmçinin Azərbaycanın Qafqazdakı mövqeyini gücləndirərək, bölgənin nəqliyyat,
enerji və iqtisadi inteqrasiyasını sürətləndirəcək.
Elşad
Əhmədov,
YAP
Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Digər xəbərlər



