Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir.

Prezident
İlham Əliyev iyulun 19-da 3-cü Şuşa Qlobal Media Forumundakı “Rəqəmsal keçidlər:
Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi”
mövzusunda çıxışında Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik
və inkişaf üçün perspektivlər daha aydın və geniş olacağını qeyd edib.Beynəlxalq
əhəmiyyətli bu kimi tədbirlər Azərbaycanın bütün sahələrdə malik olduğu
imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Təbii ki, əməkdaşlıq əlaqələrinin
inkişafında iqtisadi amil əsasdır. Dövlət başçısı İlham Əliyev sözügedən Qlobal
Media Forumunda xarici sərmayələrin təşviqi baxımından hansı əlavə tədbirlərin
görüləcəyindən, iqtisadiyyatımızda ən perspektivli sahələrdən, Azərbaycanın
etibarlı tərəfdaşlarının hansı ölkələr və şirkətlər ola biləcəyindən danışdı.
Regional əməkdaşlıq və inkişaf üçün prioritet layihələr də diqqətdə oldu.
Xarici sərmayələri şərtləndirən amillər bir daha təhlil edildi. Dövlət başçısı
İlham Əliyev bu reallıqları diqqətə çatdırdı ki, sabitlik və təhlükəsizlik əsasdır.
Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün
perspektivlər daha aydın və genişdir. İkinci amil qonşularla xoş münasibətlərdir.
Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz. Bu sahədə də fəal diplomatik
fəaliyyət aparılır. Ölkəmiz bir daha təsdiqlədi ki, etibarlı tərəfdaşdır
və sözümüzün imzamız qədər dəyəri var.Forumun Xankəndidə, yaxın keçmişdə
münaqişənin mərkəzi olan bir şəhərdə keçirilməsi də təsadüfi deyil. Bu,
simvolik və strateji seçimdir. Azərbaycan bu şəhəri mədəni, texnoloji və
diplomatik bir məkana çevirərək, beynəlxalq ictimaiyyətə Qarabağın artıq sülh, əməkdaşlıq
və bərpa arenası olduğu mesajını verdi. Forum iştirakçıları da Ağdam və Laçına
təşkil olunan səfərlər vasitəsilə işğal dövrünün izlərini, eyni zamanda, bərpa
prosesinin sürətini yerində gördülər. Bütövlükdə, Xankəndində keçirilən Qlobal
Media Forumu Azərbaycan həqiqətlərinin və bölgədə baş verən proseslərin dünya
ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisədir.
Aqşin
Hüseynli,
YAP
Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Digər xəbərlər



