Azərbaycanla Çin hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.

Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat
potensialına xüsusi diqqət çəkərək əsas prioritetləri qeyd etdi. Bu
prioritetlərə Mərkəzi Asiya, Qafqaz və Avropanı birləşdirən dəmir yolu, dəniz
və enerji dəhlizlərinin inkişafı daxildir. Dövlət başçısı çıxışında bunun təkcə
daxili layihələr deyil, bütövlükdə regionun rifahına xidmət edən genişmiqyaslı
fəaliyyət olduğunu vurğuladı.Son illərin ən mühüm nailiyyətlərindən biri
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttində, xüsusilə Gürcüstan ərazisində
yerləşən 184 kilometrlik hissədə infrastrukturun müasirləşdirilməsidir.
Azərbaycanın səyləri nəticəsində bu hissənin yükötürmə qabiliyyəti beş dəfə
artırılaraq illik 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu addım əsas
tərəfdaşlarla əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradıb.Bu yaxınlarda
“Azərbaycan Dəmir Yolları” QSC ilə “Çin Dəmir Yolları” Dövlət Korporasiyası
arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Xəzər dənizi vasitəsilə konteyner
daşımalarının genişləndirilməsini, liman və dəmir yolu infrastrukturunun
inkişafını, gündəlik 10 blok qatarın hərəkətini nəzərdə tutur. Bu isə
Azərbaycanın Orta Dəhlizdəki mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmiş olacaq.Azərbaycan
“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin ilə əməkdaşlığı ardıcıl olaraq
dərinləşdirir. Prezident İlham Əliyev qeyd edib ki, ölkənin nəqliyyat-logistika
infrastrukturu artıq bu genişmiqyaslı layihəyə inteqrasiya üçün tam hazırdır.“Bu istiqamətdə böyük potensial var. Artıq Çinin bir çox şəhərlərindən Azərbaycana və Azərbaycan vasitəsilə
Qərbə konteyner qatarları göndərilir. Onların sayı ildən-ilə, özü də onlarla
faiz artmaqdadır. Hesab edirəm ki, yaxın gələcəkdə bu rəqəmlər bir neçə dəfə artacaq.
Biz Çin Xalq Respublikasının Sədri Si Cinpinin ‘Bir kəmər, bir yol’ təşəbbüsünü
əvvəldən dəstəkləmişik və bu təşəbbüs çərçivəsində ölkəmizin ərazisində uyğun
nəqliyyat-logistika infrastrukturunu yaratmışıq”, – Prezident İlham Əliyev iyulun
19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı bildirib.
Ruslan Babayev,
YAP Neftçala rayon təşkilatı ərazi partiya
təşkilatının sədri
Digər xəbərlər



