Cənubi Qafqaz sabitlik məkanı olacaq.

İyulun 19-da
Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media
dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media
Forumu bu dəfə də iştirakçıların sayı və nüfuzuna, əhatə etdiyi mövzulara görə
yadda qaldı. Lakin tədbirə özəllik qatan əsas faktor Prezident İlham Əliyevin
orada iştirakı və ona ünvanlan sualları maraqlı, səmimi və dərin məna kəsb edən
fikirlərlə cavablandırması idi. Azərbaycan Prezidenti qlobal informasiya məkanında geniş fikrin
formalaşmasında fəal rol oynayan çoxsaylı peşəkar media mənsubları ilə bir
araya gəlməklə informasiya açıqlığını, mediaya hörmət və xüsusi etimadını
nümayiş etdirdi. Cənubi Qafqazın sülh və sabitlik məkanı olması
regionun lider ölkəsi kimi bu gün Azərbaycanın xarici siyasətində əsas
istqamətlərdən birini təşkil edir. Cənubi
Qafqaz sabit məkan olacaqdır. Bizə sabitlik, təhlükəsizlik lazımdır.Bunu Prezident İlham
Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə
söyləyib.Cənubi Qafqazın əsrlər boyu qan tökülmə, toqquşma, işğal məkanı
olduğunu, Qafqaz xalqlarının çox əziyyət çəkdiklərini xatırladan dövlətimizin
başçısı qeyd edib: “Ona görə də kifayətdir. Biz artıq sülh şəraitində
yaşamalıyıq”.Qafqaz tarix boyu bəzi ölkələrin qlobal geostrategiyalarının mərkəzində
dayanıb. Bunun əziyyətini isə hər zaman regionda yaşayan millətlər çəkib. Bu
siyasətə “dayan!” və “yetər artıq!” deyən də ilk dövlət başçısı məhz Cənab İlham
Əliyev olub.Ədalətli mövqeyə və rəhbərlik etdiyi xalqa güvənməyin
nəticəsidir. Bu cür yanaşma yalnız böyük siyasətçinin mövqeyi ola bilər. Odur
ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa
Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə səsləndirdiyi fikirləri
özünün rəsmi “Truth Social” hesabında paylaşması təsadüfi deyil – ali siyasi
etirafın təzahürü olan bu mesaj hörmətin təcəssümüdür. Müəllifi Azərbaycan
xalqı olan yeni reallığın konturlarını indi daha aydın görə bilirik.Sülh müqaviləsinin imzalanması üçün Ermənistan
konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması əsas legitim
şərtlərdir. Bu proses geridönməz xarakter alıb və İrəvan üzərinə düşən vəzifəni
yerinə yetirməlidir. Yalnız bundan sonra Cənubi Qafqaz sabitlik və əməkdaşlıq
məkanına çevrilə bilər.
Valeh Tağıyev,
YAP Neftçala rayon
təşkilatının Veteran üzvü
Digər xəbərlər



