“Gənc Kadr - Neftçala Gənclərinin İnkişaf Proqramı” çərçivəsində təlim keçirilib

Yeni Azərbaycan Partiyası Neftçala
rayon təşkilatı tərəfindən həyata keçirilən “Gənc Kadr – Neftçala Gənclərinin İnkişaf Proqramı” çərçivəsində “Effektiv ünsiyyət və ictimai çıxış bacarıqları”
mövzusunda təlim
keçirilib.
“Səs” qəzetinin baş redaktoru Bəhruz
Quliyevin təqdimatında
baş tutan təlimdə iştirakçılara
düzgün ünsiyyətin qurulması, auditoriya qarşısında çıxış zamanı diqqət edilməli
məqamlar, nitq mədəniyyəti və özünüifadə bacarıqlarının inkişafı ilə bağlı ətraflı
məlumat verilib.
Eyni zamanda, gənclərlə interaktiv
müzakirələr aparılıb, praktiki nümunələr üzərində fikir mübadiləsi həyata
keçirilib və iştirakçıların çıxış bacarıqlarının təkmilləşdirilməsi istiqamətində
tövsiyələr səsləndirilib.
Qeyd edək ki, Proqram çərçivəsində gənclərin şəxsi inkişafı, ictimai
fəallığının artırılması və müasir bacarıqlarının formalaşdırılması məqsədilə
silsilə təlimlərin keçirilməsi davam etdirilir.
Digər xəbərlər



