Demokratiyanın fundamental şərti.

Milli mətbuatımızın tarixi Azərbaycanın çox qiymətli bir parçasıdır. Bu, təkcə
çox qısa müddət ərzində fəaliyyət göstərmiş, mənəvi ömrünü isə bu gün də davam
etdirən bir qəzetin - "Əkinçi"nin yaşı deyil. Vətənə sidq-ürəkdən
olan sevginin tarixidir. Xalqın mədəni inkişafı, dövlətçilik şüurunun, vətəndaş
məsuliyyətinin formalaşması üçün cidd-cəhdlə hər əzaba qatlaşmağın salnaməsidir. Azərbaycan mətbuatı 150 ildə çox böyük tarixi yol keçib. Bu gün cəmiyyətimizin
mədəni inkişaf səviyyəsi, ölkəmizdə mövcud olan söz və ifadə azadlığı, kütləvi
informasiya vasitələrinin bolluğu, təxminən əsr yarıma bərabər müddətin həyatımıza
gətirdiyi nailiyyətlərdir. Onların hər birində "Əkinçi"nin nuru,
işığı görünür. Çünki bütün nailiyyətlər tarixin müasir çağında xalqa xidməti,
ölkənin inkişafına nail olmağı özünə şərəf bilən şəxsiyyətlərimiz hesabına
qazanılıb və bu missiya indi də davam edir.mummilli Lider Heydər Əliyev mətbuatın
gücünü yüksək qiymətləndirərək deyirdi: "Milli mətbuatımızın inkişaf mərhələləri
Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir.
"Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda
mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik".Bu
tarixin zəngin təcrübəsi bizlərə bir həqiqəti də öyrədir ki, inkişaf etmiş,
dayanıqlı mətbuat, əsasən güclü dövlətdə, qabaqcıl ideyaların ardınca irəliləyən
cəmiyyətlərdə mövcud olur. Azərbaycanın müstəqillik tarixinin elə bir anı
yoxdur ki, orada mətbuatın fəaliyyəti görünməsin, o tarixi ana işıq tutmasın,
öz səhifələrində, xronikalarında bunu sənədləşdirməsin.Mətbuata həssas münasibət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin
parlaq nümunəsidir. Dövlət rəhbərimizin ali siyasi iradəsi nəticəsində ölkəmizdə
mətbuat azadlığı prinsipləri bərqərar olmuş, çoxlu sayda qəzet və jurnalın fəaliyyəti
üçün münbit şərait təmin edilmişdir. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi
ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanaraq qəbul olunmuş və
icraya yönəlmişdir. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla,
xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan
Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti
hesab edir. Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi
ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş
bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da
mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat
azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan
bu sahədə böyük uğurlara nail olmuşdur.1992-ci ildə yaradılan hərbi senzura
yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı.1993-cü ilin aprel ayında
senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya
yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin
sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da
mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və
vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat
azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”. Bu sənəd
Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin
aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat
orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı.Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın
inkişafına dövlət qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən
davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını,
demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan
dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.
Pikə Ağaverdiyeva,
YAP Neftçala rayon təşkilatının fəal
üzvü
Digər xəbərlər



