Müstəsna diqqət və qayğı.

Bu il Milli Mətbuat Gününün 150-ci
ili qeyd edilir. Bu tarixi günün qeyd edilməsi unudulmaz maarifçi Həsən bəy Zərdabi
olmuşdur. Bildiyimiz kimi XIX əsr Azərbaycan tarixində milli oyanışı,
maarifçiliyi ilə xüsusilə seçilən dövrdür. Bu dövrdə maarifçilərimiz insanların
maariflənməsi, ana dilinin təbliği və demokratik mətbuatın yaranması üçün mühüm
təbliğatlar, mübarizələr aparmışdılar. Maarifçilərin bu mübarizəsi öz bəhrəsini
verir. Belə ki, Azərbaycan mətbuatının banisi olan maarifçi Həsən bəy Zərdabi
ilk dəfə ana dilində qəzetin nəşrinə nail olur. 1875-ci il 22 iyul tarixində
"Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxmışdır. Qəzetin fəaliyyəti
1875-1877-ci illəri əhatə edir. Bu müddətərzində 56 nömrəsi mövcud olmuşdur. Bu
müddət ərzində xalqın inkişafına, milli oyanış, milli ruhun dirçəlməsinə, cəmiyyətimizin
maariflənməsinə mühüm töhfələr vermişdir. Bu qəzetdə görkəmli yazıçılarımızın
müxtəlif sahələrə həsr edilmiş əsərləri, məqalələri nəşr edilirdi. Bu da
insanların mövhumatdan uzaqlaşmasına, maariflənməsində xüsusi rol oynayırdı.
Onu da qeyd edim ki, bütün bunların ana dilində nəşr edilməsi xalqın daha çox
marağına və sevilməsinə səbəb olmuşdur. Elə buna görə də xalqın maariflənəcəyindən,
ana dilinin təbliğatından qorxan Çar Rusiyası qəzetin nəşrinin qarşısını
almaqla buna son qoydu.Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən
sonra bu sahədə xeyli irəliləyişlər müşahidə edilib. XIX əsrin sonlarında
"Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı
illər) qəzetləri nəşrə başlayıb.Beləliklə, XX əsrdə növbəti ana dilli qəzet nəşr
edildi. Məmməd ağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə nəşr etdirdiyi
ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti oldu. Burada
müxtəlif elm sahələri ilə bağlı məqalə və əsərlər nəşr olunur, maarifləndirici
təbliğatlar həyata keçirilirdi. 1906-cı il aprelin 7-də Cəlil Məmmədquluzadənin
təşəbbüsü, redaktorluğu və naşirliyi ilə Tiflisdə həftəlik ilk Azərbaycan
satirik jurnalı - "Molla Nəsrəddin" nəşrə başladı. 1918-ci ilədək
Tiflisdə nəşr olunan jurnal 1921-ci ildə Təbrizdə, 1921-1931-ci illərdə Bakıda
çap olundu. "Ziya", "Kəşkül", "Kaspi", "Həyat",
"Füyuzat", "Təzəhəyat", "Açıqsöz",
"Dirilik" kimi bir sıra qəzet və jurnalların da mətbuatımızın
inkişafında, xalqımızın maariflənməsində böyük rolu olub.Sovet hakimiyyəti
dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də,
Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın
ictimai-siyasi həyatında fəal şəkildə təmsil olunub. Bu dövrdə ölkədə qəzet və
jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana
çıxmışdır. Belə ki, XX əsrin sonlarında SSRİ-də ictimai-siyasi həyatın
demokratikləşdirilməsi də Azərbaycanda oyanışa səbəb olur və eləcə də Ermənistanın
təcavüzkar siyasəti xalqın etirazına səbəb olur. Beləliklə, bu etiraz genişlənərək
bütün ölkəni əhatə edir. Bütün baş verənlərin xalqa çatdırılmasında qəzet və
jurnallar mühüm rol oynayır. Ölkənin ən ağır günlərində meydana çıxan "Azərbaycan",
"Aydınlıq", "Yenifikir", "Meydan",
"Azadlıq", "Səhər", "Odlar Yurdu", "Gənclik",
və s. Kimi maarifləndirici təbliğatı özündə əks etdirən bu qəzetlər xalqa həqiqətin
çatdırılmasında mühüm rol oynayır.Beləliklə, bütün çətinliklərə baxmayaraq
milli mətbuatımız öz inkişafına davam etdi. Milli mətbuatımızın inkişafı
Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində
də yeni mərhələ açdı.1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan
mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat
azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi. Müxtəlif
dövrlərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə çap mediasının vergidən azad edilməsi,
eləcə də qəzetlərin, jurnalların nəşriyyata olan borclarının silinməsi haqqında
qəbul olunan qərarlar ölkədə mətbuatın inkişafına dair göstərilən dəstəyin daha
bir təzahürüdür. Heydər Əliyev demokratik mətbuatın inkişafı üçün bununla
yanaşı bir sıra fərmanlar imzaladı, mətbuat sahəsində proqramların həyata
keçirilməsi üçün tədbirlər planının hazırlanması üçün göstərişlər verdi. Ulu
Öndər Heydər Əliyev hər zaman mətbuata, jurnalistlərə xüsusi diqqət, qayğı göstərir
və hörmət edirdi.Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martında
imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və
məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi
informasiya vasitələrinə dövlət dəstəyi idi. 2021-ci il 12 yanvar tarixli Fərmanı
ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın
inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin
təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif
tədbirlər həyata keçirir.Beləliklə, hazırda da milli, demokratik mətbuatın ənənəvi
olaraq inkişafı, təkmilləşdirilməsi üçün müxtəlif proqramlar həyata keçirilir.
Mətbuat sahəsində böyük əməyi olan, xalqın maariflənməsində, dünyaya həqiqətləri
obyektiv, qərəzsiz şəkildə çatdıran jurnalistlər də hər zaman dövlətin diqqət və
qayğısı ilə əhatə olunmuşdur.
Kamran Xankişiyev,
YAP Neftçala rayon təşkilatı ərazi
partiya təşkilatının sədr müavini
Digər xəbərlər



