“Jurnalistlərin dostu” mükafatları.

2025-07-22 Baxış: 135
img

Milli jurnalistikamızın salnaməsi Həsən bəy Zərdabinin ilk dəfə Azərbaycan dilində nəşr etməyə başladığı “Əkinçi” qəzetindən başlanır. Həmin tarixi gündən  illər keçir. Bu illər ərzində Azərbaycan jurnalistikası daim inkişaf edir, formatı dəyişir, media industriyasının çağırışlarına cavab verir, yeni internet platformalarını və rəqəmsal reallıqları mənimsəməyə çalışır və qarşıya çıxan problemlər dəf etməyə səy göstərr. Amma bütün tendensyalara və trendlərə rəğmən, milli jurnalistika fəaliyyətinin əsas prinsipi əzəli məram olaraq qalır-  həqiqəti çatdırmaq, bu yolda məsuliyyət mədəniyyətini və dəyər daşıyan ənənələr sədaqətlə qoruyub saxlanılır.Doğrudur, dünya jurnalistikası ilə müqayisədə Azərbaycan jurnalistikası tarixilik baxımından elə uzaq keçmişə malik olmasa da, əsryarımlıq bir dövrdə çox zəngin, ancaq son dərəcə ziddiyyətli mərəhələlərdən keçib gəlmişdir. Amma buna baxmayaraq, sözün həqiqi mənasında, milli jurnalistika fenomeni xalqımızın mənəvi dəyərlərini və etnik özünüdərkini formalaşdıran bir inistitut kimi öz fəaliyyət tarixini qiymətli bir irsə çevirmişdir. Ümummilli lideri Heydər Əliyev məhz bunu nəzərə alaraq deyirdi: “Azərbaycan mətbuatı tarix boyu daim mütərəqqi ictimai idealların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır”.Azərbaycan dövləti dünyada ilk dəfə olaraq  mətbuata birbaşa yardım edərək qəzetlərin mətbəəyə yaranmış borcularını ödədi. 1998-ci ildən bütün dövlət vergilərindən azad olunan çap mediasının həm də 2003-cü ilə qədər “Azərbaycan” nəşriyyatına olan bütün borcları dövlət tərəfindən ödənildi. 18 dekabr 2001-ci il tarixdə aparıcı KİV rəhbərləri ilə görüşən ümummilli lider Heydər Əliyev milli jurnalistikanın üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması üçün mühüm fərman və sərəncamlar imzaladı. Bu sənədlər mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da gücləndirilməsini, çoxlu sayda qəzetin “Azərbaycan” nəşriyyatına olan borcunun 2005-ci ilədək dondurulmasını nəzərdə tuturdu. Bu diqqət və qayğının qarşılığı kimi, 2001-ci ildə Ulu Öndər  “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.Sivil dünyanın ən danılmaz, ən dəyərli və vacib insan hüquqlarından olan söz və mətbuat azadlığının təmin olunması üçün ulu öndər Heydər Əliyevin dövründə, ondan sonra isə Prezident İlham Əliyev tərəfindən dövlət səviyyəsində qəbul olunmuş qanunlar, imzalanmış fərman və sərəncamlar bu istiqamətdə zəruri hüquqi baza yaratmışdır. Müstəqil Azərbaycanda demokratiyanın və vətəndaş cəmiyyətinin vacib göstəricilərindən olan bu azadlıqlara indi heç bir siyasi dəyişiklik ciddi təsir etmək iqtidarında deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanist siyasətində mətbuata diqqət və qayğı, o cümlədən azad sözün inkişafına dəstək ön sırada gəlir. Bu bir reallıqdır ki, dünyanın heç bir ölkəsində mətbuata bu səviyyədə diqqət və qayğı tendensiyasına rast gəlinmir. Məhz bu istiqamətdə də Azərbaycan dövlətinin özünəməxsus humanitar siyasəti, öz dəst-xətti var. Təbii ki, Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğı ulu öndər Heydər Əliyevin milli mətbuatın inkişafı istiqamətində həyata keçirdiyi dəyərli işlərə əsaslanır. 2003-cü ildən sonra ölkəmizin dinamik inkişaf mərhələsinə qədəm qoymasına nail olan Prezident İlham Əliyev də söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayır. Qəzetlərin 2001-ci il dekabrın 31-dək olan “Azərbaycan” nəşriyyatına olan 398 min manat məbləğində borcunun dövlət büdcəsindən ödənilməsi, 2005 və 2010-cu illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130 və 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə dövlətin yüksək qiymətinin təcəssümü idi.  Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli  “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları isə təsdiqləyir ki, mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır.Dövlət başçısının 2009-cu il 3 aprel tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncamı da məhz ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.Mətbuat Şurası üçün yeni inzibati binanın, o cümlədən mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binasının tikintisi də mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına mənzillərin inşası dünya miqyasında analoqu olmayan hadisədir.Bütün bunları yüksək qiymətləndirən Azərbaycan mətbuatı Prezident İlham Əliyevi üçüncü dəfə “Jurnalistlərin dostu” elan edib.Vurğulamaq yerinə düşər ki, dövlət başçısı İlham Əliyevin “Jurnalistlərin dostu” seçilməsi ölkə Prezidentinin respublikamızda demokratiyanın, fikir plüralizminin dərinləşməsinə, azad mətbuatın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi qayğıya çoxsaylı mətbuat orqanlarının və media təmsilçilərinin verdiyi qiymət kimi dəyərləndirilir.
Sözün həqiqi mənasında Prezident İlham Əliyev jurnalistlərin dostu seçilməyə layiq bir dövlət başçısıdır. Çünki Onun jurnalistika sahəsində xidmətləri ölçüyəgəlməz dərəcədə çoxdur. Dünyada elə bir dövlət başçısı tapılmaz ki, cəmiyyətin ən həssas təbəqəsi hesab olunan jurnalistlərə Prezident İlham Əliyev qədər diqqət ayırsın. Dövlət başçısı bunu əməli fəaliyyəti ilə sübut edib. Prezident İlham Əliyevin mütəmadi olaraq jurnalistikanın inkişafı, bu sahədə çalışan insanların sosial-məişət problemlərinin həlli istiqamətində imzaladığı sərəncamların özü hər şeyi deyir. 

 

Arif Bağırov,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri